Pandemiyaya görə işsiz qalan alim intihar etdi

Dünya
23:26 / 16.10.2020
3082
Rusiyanın Buryatiya bölgəsində COVID-19 pandemiyasına görə işsiz qalan tarix elmləri doktoru intihar edib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
70 yaşlı Nikolay Abayev Krasnoyarskdakı öz həmkarlarına ilin əvvəlində məktub göndərib. Məktubda alim koronavirus pandemiyası səbəbilə təcrid olunmasının "həbsxanaya çevrildiyini" bildirib, həmçinin anemiya, diabet və zəiflikdən "öldüyünü" qeyd edib. Yaşlı professor həmçinin, yeməksiz qaldığını söyləyib.
Hazırda alimin ölümümün əsl səbəbi bilinməsə də, onun həmkarlarından biri Andrey Rinçin öz "Facebook" hesabında Nikolay Abayevin aclıq və özünütəcrid dövründəki xəstəlikləri səbəbilə özünə qəsd edə biləcəyini vurğulayıb.