Əri tərəfindən il yarım tualetə həbs edilən qadın - FOTO

Əri tərəfindən il yarım tualetə həbs edilən qadın - FOTO
Hindistanda həyat yoldaşı tərəfindən tualetə həbs olunan qadın 1,5 ildən sonra azad edilib.

 

Sfera.az xəbər verir ki, dəhşətli hadisə Hindistanın Haryana şəhərində baş verib. Əraziyə baxış keçirən polis əməkdaşları qarşılaşdıqları mənzərədən şoka düşüblər.

 

Qadın polislər tərəfindən dərhal xəstəxanaya çatdırılıb.


Qəribəsi də odur ki, dindirilmə zamanı qadının həyat yoldaşı etdiyi əməldən peşman olmadığını söyləyib. O, qadının əqli problemləri olduğunu iddia edib.

 

Məlumata görə, onlar 17 ildir evlidirlər və 3 övladları var.




Jalə Mehdi

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR