Çavuşoğlu və Lavrov arasında telefon danışığı olub
Kateqoriya məlum deyil
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Sfera.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın humanitar atəşkəsə əməl etməməsi, mülki əhaliyə hücumlar, o cümlədən bu gün Ermənistan ordusu tərəfindən Tərtər rayonunun atəşə tutulması müzakirə olunub.






