İstanbulda Azərbaycan dövlətinə növbəti dəstək mitinqi keçirilib

İstanbulda Azərbaycan dövlətinə növbəti dəstək mitinqi keçirilib
İstanbulun Bağçılar rayonundakı Dostluq Parkında ölkəmizə dəstək mitinqi keçirilib. Tədbir Türkiyədə fəaliyyət göstərən Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, mitinqə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Hüseynova, Bağçılar bələdiyyəsinin, müxtəlif təşkilatların rəhbərləri qatılıblar. Tədbirdə Hazarfem dərnəyinin sədri Nuran Acar, Baş konsul Nərminə Hüseynova və başqaları çıxış ediblər. Azərbaycan dövlətinin qətiyyətli, haqlı və ədalətli mövqeyi nəticəsində küncə sıxışdırılan işğalçı Ermənistanın ölkəmizin müharibə zonasından uzaqda yerləşən şəhər və rayonlarını, mülki yaşayış məntəqələrini və obyektlərini raket zərbələrinə məruz qoyması kəskin şəkildə pislənilib. Ermənistanın siyasi rəhbərliyinin yol verdiyi hərbi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyi vurğulanıb.

Müzəffər Azərbaycan ordusunun torpaqlarımızı erməni işğalından azad edəcəyinə inam və əminlik ifadə edilib, "Qarabağ Azərbaycandır!" və digər şüarlar səsləndirilib.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, şəhidlərimizin şəkillərinin nümayiş olunduğu tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin ruhuna dualar oxunub.

OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...