Logo

Səfirlik Yaponiyada yaşayan azərbaycanlılara müraciət etdi

Səfirlik Yaponiyada yaşayan azərbaycanlılara müraciət etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanın Yaponiyadakı səfirliyinin məlumatına görə, zəlzələnin baş verdiyi Kumamoto prefekturasında heç bir Azərbaycan vətəndaşı yaşamır və təhsil almır.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin "Twitter” səhifəsində məlumat verilib.
Səfirlik, həmçinin Yaponiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
"Azərbaycan vətəndaşlarının nəzərinə! Kumamoto prefekturasında baş vermiş zəlzələlərlə əlaqədar əraziyə səfər etməyin”, - deyə səfirlikdən bildiriblər.
Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada ardıcıl zəlzələlər nəticəsində 28 nəfər ölüb, 2000-dək insan yaralanıb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR