İranda terrorçu qruplaşma məhv edilib
Kateqoriya məlum deyil
İranın Kürdüstan vilayətində həyata keçirilən əməliyyat zamanı 3 terrorçu məhv edilib, 3-ü isə yaxalanıb.
Sfera.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, xaricdə təlim görən terrorçular kiçik qruplarla qanunsuz yollarla İrana keçirlər. Onların məqsədi ölkə ərazisində terror aktları və təxribatlar törətməkdən ibarətdir.
Açıqlamada nəzərə çatdırılıb ki, yaxalanan şəxslərdən çoxlu sayda silah-sursat müsadirə edilib.
Terrorçularla əlaqəsi olmaqla şübhəli bilinən şəxslər müəyyənləşdirilərək dindirilir. (azertac)






