Logo

Ukraynada koronavirusdan ölənlərin sayı 5 min nəfəri keçib

Ukraynada koronavirusdan ölənlərin sayı 5 min nəfəri keçib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ukraynada son sutka ərzində koronavirusa yoluxma sayında artım davam edir.

Sfera.az  Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 5133 nəfər koronavirusa yoluxub, 107 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma halları Kiyev, Lvov, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 270 min 587 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 5122 nəfərdir, 120 min 562 min xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR