Rusiya və Türkiyə razılığa gəldi - Gözlənilməz gəlişmə!

Rusiya və Türkiyə razılığa gəldi - Gözlənilməz gəlişmə!
Türkiyənin Rusiyadan qaz idxal edən şirkətləri ilə "Qazprom" arasında razılıq əldə olunub.


Rusiya ilə Türkiyə arasında məlum səbəblərdən sonra yaranmış gərginlik "Qazprom"un türk şirkətlərinə satdığı qazın qiyməti məsələsindəki anlaşmanı da pozmuşdu.


Təyyarə böhranından əvvəl "Qazprom" Türkiyəyə satdığı qazın qiymətlərində 10,25% endirim edəcəyini açıqlasa da, rus qırıcısının türk hərbi təyyarəsi tərəfindən vurulmasından sonra Moskva güzəştə getməyəcəyini elan edərək Ankaraya satdığı qazın həcmini azaltmışdı.


Rusiyadan qaz idxal edən Türkiyənin "Enerco Enerji", "Avrasya Gaz", "Akfel Gaz", "Bosphorus gas", "Shell Turkey", "Batı Hattı" və "Kibar Enerji" şirkətləri isə buna cavab olaraq arbitraj məhkəməsinə müraciət etmişdilər.


Dünən "Qazprom"un nümayəndələri ilə adı çəkilən türk şirkətlərinin nümayəndələri arasında baş tutan görüşdə qiymət məsələsində razılığa gəlindiyi bildirilir. 


"Qazprom"dan verilən açıqlamada razılığın əldə edildiyi və yaxınlarda bu haqda mediaya geniş məlumat veriləcəyi bildirilir.


olke.az

OXŞAR XƏBƏRLƏR