Neftin ucuzlaşması sürətləndi

Neftin ucuzlaşması sürətləndi
 Bu gün dünya bazarında neft qiymətlərinin azalması bir qədər sürətlənib.

Sfera.az bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Bakı vaxtı ilə saat 14:32-yə olan məlumata görə, "Brent” markalı neftin dekabr fyuçersləri 1,35% ucuzlaşaraq 42,27 ABŞ dollarından, WTI markalı neftin noyabr fyuçersləri isə 1,53% ucuzlaşaraq 39,98 ABŞ dollarından realizə edilib. 

Qiymət azalmasının səbəbləri kimi Liviyanın ən iri neft yatağı Şərərədə fors-major rejiminin başa çatması, Meksika körfəzində Delta qasırğasının səngiməsi ilə bir çox hasilat platformalarının fəaliyyətini bərpa edilməsi barədə xəbərlər göstərilir. Bununla yanaşı, Norveçin neft-qaz müəssisələrində tətilin dayandırılması xəbərləri də sərmayədarlar arasında əks-səda doğurub. Bundan əvvəl bu ölkənin "Equinor” dövlət şirkəti bəyan etmişdi ki, tətil oktyabrın 14-nə qədər davam etsə, Şimal dənizindəki böyük "Johan Sverdrup” yatağındakı hasilat işləri dayandırıla bilər.

"Hazırkı ucuzlaşmanın səbəbi hasilatdakı fasilələrə son qoyulmasıdır. Bu da tələbatla bağlı davam edən şübhələr də nəzərə alınsa, bazarın sabit qalmasını təmin etmir”, - deyə İsveçrənin UBS investisiya bankının xammal eksperti Ciovanni Staunovo "Reuters” agentliyinə bildirib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...