Logo

Emoməli Rəhmon 5-ci dəfə prezident seçildi

Emoməli Rəhmon 5-ci dəfə prezident seçildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oktyabrın 11-də Tacikistanda keçirilən prezident seçkilərində Emoməli Rəhmon qalib gəlib.

Sfera.az  xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Baxtier Xudoerzoda məlumat verib.

"İlkin nəticələrə görə, prezident seçkilərində seçicilərin 90,92%-i və ya 3,837 milyon nəfər iştirak edib. 85,39 % və ya 4,221 milyon seçici səsi nəticəsində hazırkı dövlət başçısı Emoməli Rəhmon qalib gəldi”, - deyə o bildirib.

Qeyd edək ki, prezidentlik uğrunda müxtəlif siyasi qüvvələrin beş lideri mübarizə aparıb: hazırkı prezident Emoməli Rəhmon (hakim Xalq Demokratik Partiyası), həmçinin parlamentarilər Miroc Abdulloyev (Kommunist Partiyası), Rustam Latifzoda (Aqrar Partiya), Rustam Rahmatzoda (İqtisadi İslahat Partiyası) və Abduhalim Qafforzoda (Sosialist partiyası).

1992-ci ildən bəri ölkəyə rəhbərlik edən Rəhmon üçün (postsovet məkanında ən uzun) bu, beşinci seçkidir. Seçkilərin gedişatını MDB, ŞƏT, KTMT, ATƏT, Dövlət Duması və Federasiya Şurasından müşahidəçilər izləyiblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR