Rusiyada son sutkada 12 mindən çox yoluxma - YENİ REKORD
Kateqoriya məlum deyil
Rusiyada son sutka ərzində 12 846 nəfərdə koronavirus aşkarlanıb, bununla ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb.
Sfera.az bildirir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 1 285 084-ə çatıb. Son sutkada daha 77 nəfərin həlak olması ilə isə virus qurbanlarının sayı 22,454-ə yüksəlib.
Bundan əlavə, indiyədək 1 016 202 nəfər sağalıb. Ölkədə 246 428 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.






