Kataloniyada İspaniya Kralının ziyarətinə qarşı etirazlar başladı

15:01 / 09.10.2020
2091
İspaniyanın müstəqilliyi üçün çalışan təşkilatların nümayəndələri İspaniya Kralı VI Filipin bölgəyə səfəri ilə əlaqədar bir sıra etiraz nümayişləri təşkil edib.
Sfera.az xəbər verir ki, Monarx Kataloniyaya Barselona Yeni İqtisadiyyat Həftəsində (New Economy Week) mükafatları təqdim etmək üçün gəlib.
Aksiyaların digər səbəbləri arasında İspaniya Ali Məhkəməsinin regional hökumətin başçısı Kim Torranın dövlət vəzifəsində çalışmaq hüququndan məhrum edilməsinə dair qərarı və 2017-ci ildə Kataloniyanın müstəqilliyinə dair tanınmamış referendumun ildönümü yer alır. Etirazçılar Fransız Stansiyasından Columbus abidəsinə qədər düzülməyi planlaşdırırlar.