Logo

Yaponiyada tayfuna görə 100-dən çox reys ləğv edilib

Yaponiyada tayfuna görə 100-dən çox reys ləğv edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Çanhom” tayfunun yaxınlaşması səbəbilə Yaponiyada azı 141 daxili aviareys ləğv edilib.

Sfera.az  xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qrafikdə dəyişikliklər əsasən, ölkənin cənub-qərbindəki Küsü adasını respublikanın digər bölgələri ilə birləşdirən marşrutlara aiddir. Dəmir yolu nəqliyyatı əvvəlki qaydada işləyir, lakin operator şirkətlər qatarların hərəkətinə məhdudiyyətlər tətbiq olunacağını istisna etmir.

Tayfun indi Yaponiyadan cənubda, Sakit okeandadır və şimal-şərqə doğru hərəkət edir. Onun mərkəzi hissəsində küləyin sürəti 35 metr/saniyəyə çatır. Tropik fırtınanın təsiri səbəbindən bəzi bölgələrdə güclü yağışlar yağır.

Meteoroloqlar tayfunun şənbə günü ölkənin qərb hissəsinə yaxınlaşıb sonra Tokionun cənubundan keçə biləcəyini, ancaq birbaşa Yaponiya ərazisinə daxil olmayacağını düşünür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR