Logo

ABŞ 18 İran bankına sanksiya tətbiq etdi

ABŞ 18 İran bankına sanksiya tətbiq etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 ABŞ Maliyyə Nazirliyi 18 İran bankına sanksiya tətbiq edib.

Sfera.az Departamentin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, məhdudlaşdırıcı tədbirlər xüsusilə Amin İnvestisiya Bankı, Bank Keşavarzi İran, İran Zamin Bank və digər maliyyə qurumlarına aid edilib.

ABŞ Maliyyə Nazirliyinin rəhbəri Stiven Mnuçin Twitter mikrobloq şəbəkəsində departamentin "İran iqtisadiyyatını qlobal maliyyə sistemindən təcrid etmək üçün daha çox addım atdığını" yazıb. O, Tehranın maliyyə sektorundan "zərərli hərəkətlər" etmək üçün istifadə etdiyini də əlavə edib və sanksiyaların İran səlahiyyətliləri terrorçulara dəstəyi dayandırmayana və nüvə proqramını ləğv etməyənə kimi qüvvədə qalacağını vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının bərpası sentyabrın sonunda məlum olub

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR