Ermənistanda koronavirus tüğyan edir - Bir gündə 614 yoluxma, 6 ölü
Kateqoriya məlum deyil
Ermənistanda daha 614 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər ölüb.
Sfera.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 55 087-yə, pandemiyadan ölənlərin sayı isə 1 010-a yüksəlib.






