Gürcüstanda daha 549 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü
Kateqoriya məlum deyil
Gürcüstanda
son sutkada koronavirusa 549 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər
sağalıb, 4 nəfər isə vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 9 245-ə, sağalanların sayı 4 887-yə çatıb. Xəstəlikdən ölənlərin sayı isə 58 olub.






