Logo

Çində yük maşını qəza törədib, 6 nəfər ölüb

Çində yük maşını qəza törədib, 6 nəfər ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çinin Qansu əyalətində yük maşını kənd təsərrüfatı malları bazarına çarpılıb.

Sfera.az  xəbər verir ki, insident nəticəsində azı 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hadisə Dinsi şəhər dairəsindəki Çabunjen kəndi ərazisində baş verib. Sürücü hələ müəyyən edilməmiş səbəbdən maşınının idarəetməsini itirib.

Beş nəfər hadisə yerində ölüb, 1-i isə xəstəxanaya aparılarkən keçinib. Yaralılardan 5-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Səlahiyyətli şəxslər hadisənin başvermə şəraitini müəyyənləşdirir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR