Logo

Türkiyədə son sutkada koronavirusdan 63 nəfər öldü

Türkiyədə son sutkada koronavirusdan 63 nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 63 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  114 857 şübhəli koronavirus testindən keçib, onlardan 1442-nin cavabı pozitiv çıxıb, 1402 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1455 nəfər olub.

Türkiyədə ümumilikdə 321 512 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 282 657 nəfər sağalıb, 8325 nəfər ölüb.

Nazir bildirib ki, ağır xəstə sayında azalma davam edir.

Qeyd edək ki, dünən Türkiyədə COVID-19-a yoluxan ağır xəstə sayı 1507 nəfər olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR