Logo

Ərdoğanın Rusiya haqda dedikləri doğru çıxdı

Ərdoğanın Rusiya haqda dedikləri doğru çıxdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Rusiyanın Stavropol vilayətindəki Daxili İşlər Nazirliyinin nümayəndəliyinin binasında üç kamikadzenin özünü partlatması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini gündəmə gətirib.

Sfera.az axar.az-a istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğanın 15 gün öncə Yozqat şəhərindəki çıxışında PYD-nin (PKK-nın Suriya qanadı) Rusiyaya hücum edə biləcəyi barədə xəbərdarlıq etmişdi:
 
"Belçikada terror törədiləcəyi barədə xəbərdarlıq etmişdik. Nəticə göz qabağındadır. İndi isə PYD-yə dəstək verən ölkələrə səslənirəm. Bunlar mənfəətləri naminə hər şeyi edərlər. Buradan Rusiyaya səslənirəm. Düşünürlər ki, PYD-yə Moskvada nümayəndəlik açdıq, bizə heç nə etməzlər. Aldanırlar. Onlar Rusiyada da terror törədə bilərlər".
 
Qeyd edək ki, Ərdoğan martın 18-də Çanaqqala zəfərinin ildönümündə Belçikaya terror xəbərdarlığı etmiş, lakin rəsmi Brüssel buna ciddi yanaşmamışdı. Martın 22-də isə İŞİD Brüssel hava limanında və metrostansiyasında silsilə terror aktları törətmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR