Logo

Məşhur aparıcı və oğlunu öz övladı bıçaqlayaraq öldürdü – FOTO

Məşhur aparıcı və oğlunu öz övladı bıçaqlayaraq öldürdü – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da mətbəx verilişlərinin aparıcısı kimi tanınan Stacy Fawcett 19 yaşlı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, qorxunc hadisə ABŞ-ın Dallas şəhərində yaşanıb.

Polis əməkdaşlarının verdiyi məlumata görə, 45 yaşlı Fawcett ilə 17 yaşlı kiçik oğlu cümə günü səhər saatlarında Fawcett-in 19 yaşlı digər oğlu McCann Utu Jr. tərəfindən bıçaqlanıb.

Məşhur aparıcı və oğlunu öz övladı bıçaqlayaraq öldürdü – FOTO

Hadisənin ardınca McCann Utu Jr.  911-ə zəng edərək "cinayətə təşəbbüs etdim” deyib.

Polis əməkdaşları zəng əsasında edilən araşdırma nəticəsində iki nəfərin həyatın itirmiş olduğunu, McCann-ın isə hələ yaşadığını təsbit ediblər. McCann Utu Jr. xəstəxanaya aparılıb, ancaq orada son nəfəsini verib.

Məşhur aparıcı və oğlunu öz övladı bıçaqlayaraq öldürdü – FOTO

Aparıcı Stacy Fawcett-in qardaşı Justin Facwett McCann-ın bir il əvvəl beyniylə əlaqədar bir problem yaşadığını deyib.

Məşhur aparıcı və oğlunu öz övladı bıçaqlayaraq öldürdü – FOTO

Stacy Fawcett-in böyük oğlunun anasıyla qardaşını bıçaqladıqdan sonra intihar etdiyi güman edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR