Türk alim koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı

Türk alim koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı
 "Koronavirusa qarşı "BNT162” vaksinin təkmilləşdirilməsi ilə bağlı işlər başa çatmaq üzrədir, oktyabr ayının sonu, noyabrın əvvəlində təqdim ediləcək”.

Sfera.az "Hurriyet”ə istinadən xəbər verir ki, bunu Almaniyada yerləşən "BioNTech”in qurucusunun ortağı professor, doktor Uğur Şahin ABŞ-ın CNN TV telekanalına müsahibəsində bildirib.

Türkiyədən olan həkim vaksinin ABŞ-ın tanınmış "Pfizer” dərman preparatı istehsal edən şirkəti ilə birlikdə hazırladıqlarını vurğulayıb. Onun sözlərinə görə, ilin sonuna qədər vaksini 100 milyon vahid dozaya, 2021-ci ildə isə 1,3 milyard dozaya çatdırmaq planlaşdırılıb.

U.Şahin 1965-ci il sentyabrın 19-da Türkiyənin İskenderun şəhərində anadan olub. 4 yaşı olanda ailəsi ilə birlikdə Almaniyaya köçüb. Ailəsi Kölndə "Ford” avtomobil zavodunda işləməyə başlayıb. O, Köln Universitetini bitirib və Hamburq Saar Universitetində fəaliyyətə başlayıb. Xərçəng xəstəliyinə qarşı araşdırmaları ilə tanınıb. Xərçəngli hüceyrə ilə sağlam hüceyrəni bir-birindən ayıraraq xəstə hüceyrəni məhv edən vaksini inkişaf etdirib. Süd vəzisi, yoğun bağırsaq, ağciyər, mədəaltı və prostat vəzilərin xərçəngdən müalicəsi sahəsində işlərini davam etdirir.

U.Şahinin ortağı olduğu şirkətin dəyəri 3 milyard avro təxmin edilir. Vaksin kəşf edilərsə, şirkətin dəyərinin bir neçə dəfə artacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...