Gürcüstanda deputat koronavirusa yoluxdu
Kateqoriya məlum deyil
Gürcüstan parlamentinin deputatı Levan Qoqiçaişvilinin koronavirus infeksiyasına yoluxduğu təsdiqlənib.
Sfera.az xəbər verir ki, virus onun həyat yoldaşı, "Pirveli” telekanalının jurnalisti Vika Bukiada aşkarlanıb.
Onların COVID-19-la bağlı ilk testləri neqativ nəticələnsə də, özünütəcrid rejiminin ikinci günündə aparılan testlər müsbət nəticə göstərib. (report.az)






