Rusiya bu ölkələrə uçuşları bərpa edib

Dünya
13:50 / 03.09.2020
1710
Rusiya Misir, Birləşmiş Ərəb Əmirlikləri və Maldiv adaları ilə beynəlxalq aviaəlaqəni bərpa edib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mixail Mişustin qərar imzalayıb.
Qərara əsasən, Rusiyadan həftədə 3 dəfə Qahirəyə, 2 dəfə Dubaya və 2 dəfə Maldivə uçuşlar keçiriləcək.
Bundan başqa, İsveçrəyə reyslərin sayı həftədə 2 dəfədən 4 dəfəyə artırılıb.