Rusiyada koronavirusa qarşı peyvəndləməyə başlanacaq vaxt AÇIQLANDI
Kateqoriya məlum deyil
Rusiyada koronavirusla bağlı risq qrupuna daxil olan əhali arasında kütləvi peyvəndləməyə bu ilin noyabr-dekabr aylarından start veriləcək.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşko bildirib.
Onun dediyinə görə, bu həftədən 40 min könüllünün iştirakı ilə peyvəndin klinik sınaqlarına başlanacaq.






