Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi

Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi
 Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Yosep Borrel Türkiyəni Aralıq dənizinin şərqində Yunanıstanla ziddiyyətlərlə bağlı birtərəfli addımlardan çəkinməyə çağırıb.

Sfera.az xəbər verir ki, Aİ-nin 27 üzv ölkəsinin xarici işlər nazirlərinin Berlindəki qeyri-rəsmi görüşü zamanı səsləndirilən bu bəyanatda Aİ rəsmisi həmçinin Türkiyə tərəfini təşkilatla müzakirə etməyə də dəvət edib.

"Sputnik” xəbər verir ki, Y.Borrel görüşdə Türkiyəyə qarşı sanksiyalara dair razılığa gəldiklərini açıqlayıb. Belə ki, ilkin olaraq bu ölkəyə aid gəmilərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək nəzərdə tutulur.

Həmçinin Aİ-nin sədrliyini həyata keçirən Almaniya kansleri Angela Merkel də mətbuat konfransı zamanı Aralıq dənizinin şərqindəki böhran məsələsinə toxunaraq üzv ölkələrini Yunanıstanı dəstəkləməyə çağırıb.

Xatırladaq ki, ötən ay Türkiyə hökuməti Aralıq dənizinin şərq hissəsində, Kipr adası həndəvərində neft və təbii qaz kəşfiyyatı üçün "Oruc reis” seysmik tədqiqatlar gəmisi üçün "Navtex" elanı verərək Yunanıstan və Fransanın sərt reaksiyası ilə üzləşmişdi. Kipr adası yaxınlığındakı kəşfiyyat işlərilə bağlı Türkiyə ilə Yunanıstan arasında bir müddətdir gərginlik yaranıb.

A.Merkelin diplomatik addımları nəticəsində Türkiyə tərəfi adıçəkilən gəmini müvəqqəti olaraq geri qaytarsa da, Yunanıstan Misirlə dəniz sazişi imzaladıqdan sonra Ankara Afinanı sözünü tutmamaqda ittiham edərək bu ay Kipr həndəvərindəki kəşfiyyat işlərinə yenidən davam edib. (report.az)

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...