Çin ABŞ-a xəbərdarlıq etdi

Çin ABŞ-a xəbərdarlıq etdi
 Bu gün Çin son günlər gərginlik məkanına çevrilən Cənubi Çin dənizinə iki ədəd ballistik raket buraxaraq ABŞ-a xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, bu barədə Çin ordusuna yaxın mənbə bildirib.

Belə ki, həm quruda, həm də dənizdəki hədəfləri vura bilən bu raketlərdən DF-26B tiplisi ölkənin şimal-qərbindəki Çinqhay əyalətindən, DF-21D tiplisi isə əksinə, şərqdəki Jecianq əyalətindən buraxılıb və hər ikisi Hainan adası ilə Parasel adaları arasındakı bölgədə yanıb.

Həmin raketlərdən birincisi, yəni DF-26 vaxtilə "soyuq müharibə”yə son qoymaq üçün ABŞ ilə Sovet İttifaqı arasında imzalanmış Uzaq Mənzilli Nüvə Silahları Müqaviləsinə uyğun olaraq qadağan edilib və 4 000 km mənzilə sahib olub həm nüvə, həm də adi başlıq daşımaq qabiliyyətindədir. 1 800 km-dək mənzilli DF-21 raketi isə dünyada ilk gəmi vuran ballistik raket olaraq tanınır.

Qeyd edək ki, dünən Çin tərəfi hərbi təlimlər keçirdikləri adıçəkilən bölgəyə ABŞ-ın kəşfiyyat təyyarəsinin gəldiyini açıqlamışdı. Mənbənin dediyinə görə, iki raketin buraxılması Cənubi Çin dənizinə ABŞ hərbi təyyarə və raketlərin daxil olma ehtimalına qarşı ehtiyat tədbiridir.

Honkonqda fəaliyyət göstərən hərbi ekspert Sonq Jonqpinq bildirib ki, ABŞ Çinin Tayvan və Cənubi Çin dənizindəki "aşağı xətti”ni yoxlamağa davam etdiyi üçün Çin tərəfi də buradakı gücünü dəf etməyin mümkünsüz olduğunu qarşı tərəfə nümayiş etdirməyə çalışır.

Çin Müdafiə Nazirliyi məsələyə dair hər hansı açıqlama verməyib. (report.az)

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...