Logo

Əfsanəvi idmançı koronavirusa yoluxdu

Əfsanəvi idmançı koronavirusa yoluxdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Yüngül atletika üzrə 8 qat olimpiya çempionu Useyn Boltda koronavirus aşkarlanıb.

Sfera.az xəbər verir ki, yamaykalı atletdən götürülən analizin nəticəsi müsbət çıxıb. O, dərhal evində karantinə alınıb.

Avqustun 21-də 34 yaşı tamam olan tanınmış idmançının virusa ad günü münasibətilə təşkil etdiyi məclisdə yoluxduğu ehtimal olunur. Ziyafətdə İngiltərə millisinin və "Mançester Siti"nin hücumçusu Rahim Sterlinq və Almaniya "Bayer"inin futbolçusu Leon Beyli də iştirak ediblər.

Qeyd edək ki, Useyn Bolt eyni zamanda 11 dəfə dünya çempionu tituluna sahib çıxıb. O, 8 qat dünya rekordçusudur. (report.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR