Logo

Navalnını zəhərlədilər, ölümcüldür – “Alekseyin çayına nəsə qatıblar”

Navalnını zəhərlədilər, ölümcüldür – “Alekseyin çayına nəsə qatıblar”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya müxalifətinin lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

Bu barədə "Twitter”də siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb.

"Bu gün səhər Navalnı Tomskdan Moskvaya qayıdırdı. Uçuş zamanı halı pisləşib. Təyyarə Omskda təcili eniş edib. Alekseydə toksik zəhərlənmə qeydə alınıb. Hazırda təcili tibbi yardım maşınında xəstəxanaya gedirik”, – o qeyd edib.

"Güman edirik ki, Alekseyin çayına nəsə qataraq onu zəhərləyiblər. Səhərdən bəri içdiyi yeganə şeydir. Həkimlər deyirlər ki, toksin qaynar maye vasitəsilə sürətlə hopub. Hazırda Aleksey huşsuzdur”, – K.Yarmış əlavə edib.

"Zəhərlənən Navalnının vəziyyəti ağırdır. Tomskdan Moskvaya qayıdarkən zəhərləndiyi güman edilən Aleksey Navalnının vəziyyəti ağırdır”.

Bunu TASS-a Omsk xəstəxanasından bildiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR