İranda 4 bal gücündə zəlzələ olub
Kateqoriya məlum deyil
İranın Buşəhr əyalətində 4 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, zəlzələ Buşəhr əyalətinin Xurmoc bölgəsində yerin 15 kilometr dərinliyində baş verib.
Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.
Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur. (apa)






