Logo

Aysultan Nazarbayev dünyasını dəyişdi

Aysultan Nazarbayev dünyasını dəyişdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin nəvəsi və ölkə senatının eks-spikeri Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayev 30 yaşında vəfat edib.

Məlumatda deyilir: "Aysultan Nazarbayev bu gecə Londonda dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, onun ürəyi dayanıb. Digər detallar hələ bilinmir”.

Aysultan Nazarbayev 26 Avqust 1990-cı ildə Qazaxıstanın əks-prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva və Rahat Əliyevin ailəsində anadan olub. Astanadakı "Beynəlxalq Davamlı Təhsil Kollecində", həmçinin Avstriyadakı "Amerika Beynəlxalq Məktəbi"ndə təhsil alıb. 2010-cu ildə Sandxerstdə "Britaniya Kral Hərbi Akademiyası"nı bitirib. Karyerasını 2012-ci ildə Qazaxıstan müdafiə nazirliyinin baş kəşfiyyat idarəsində başlayıb. (trend.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR