Ermənilər kütləvi şəkildə Talışı tərk edirlər

Ermənilər kütləvi şəkildə Talışı tərk edirlər
Rusiyanın "Kommersant” qəzetinin müxbiri İlya Barabanov atəşkəs rejimi elan olunduqdan dərhal sonra Talış kəndində olub.
Oxu.Az xəbər verir ki, qəzetin müxbiri kəndi əhatə edən yüksəkliklərin Azərbaycanın nəzarəti altında olduğunu bildirib. 
İ.Barabanovun sözlərinə görə, aprelin 2-də kəndə Azərbaycan ordusunun hissələri daxil olub, amma burada möhkəmlənə bilməyiblər, bu səbəbdən də ətrafdakı yüksəkliklərdə mövqe tutublar. 
"Talış kəndi – Dağlıq Qarabağın ən şimal nöqtəsidir. Hərbi əməliyyatların aparıldığı bütün bu günlər ərzində atəşə tutulan Mardakert şəhərindən bura cəmi 30 km yol var”, - jurnalist yazır. 
"Biz Talış yolu ilə gedərkən yol boyu ev əşyalarının toplandığı yük maşınları ilə qarşılaşırıq. Kəndin sakinləri atəşkəsin uzun sürəcəyinə inanmırlar, ona görə də sakit zamanı əşyalarını çıxarmaq üçün istifadə etməyə çalışırlar. Talışa girişdə yandırılmış maşın, kənarda isə ölmüş inək var”, - reportajda deyilir. 
Jurnalist ilə söhbətdə erməni əsgərləri dünəndən atəşin dayandığını bildirirlər.
Kənd administrasiyasının rəhbəri Vilen Petrosyan qeyd edib ki, hərbi əməliyyatlara qədər orada 600-ə yaxın adam yaşayırdı.
"Bu gün burada 50 nəfər qalıb, onlar hələ getməyiblər”, - o deyib. 
Xatırladaq ki, daha öncə Rusiya KİV hərbi əməliyyatlar zamanı Dağlıq Qarabağın üç minə yaxın sakininin öz evlərini tərk etdiklərinə dair məlumat yaymışdı. 

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...