Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı

Dünya
14:30 / 15.08.2020
3418
Rusiyada Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin ərsəyə gətirdiyi koronavirusa qarşı peyvənd dərmanının istehsalına başlanır.
Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, iyun və iyul aylarında sınaqları keçirilən "Sputnik V” adlı peyvənd dərmanı avqustun 11-də rəsmi qeydiyyatdan keçirilməklə dünyada qeydiyyatdan keçən ilk belə dərman oldu. Rusiya Birbaşa Sərmayələr Fondunun rəhbəri Kiril Dmitriyev indiyədək 20 ölkədən həmin dərmandan cəmi 1 milyard doz sifarişi aldıqlarını bildirib.