Logo

Bu ölkədə 100 gündür koronavirusa yoluxma qeydə alınmır

Bu ölkədə 100 gündür koronavirusa yoluxma qeydə alınmır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yeni Zelandiya koronavirusa tamamilə qalib gələn ölkələrdəndir.

Sfera.az  "Haber Global”a istinadən xəbər verir ki, bu ölkədə sonuncu dəfə ölkə daxili yoluxma 1 mayda qeydə alınıb.

Baş nazir Yasinda Ardern buna baxmayaraq ikinci dalğa təhdidinin davam etdiyini söyləyib. O, yeni yoluxma hallarının hamısının xaricdən gələnlərdə qeydə alındığını bildirib.

Qeyd edək ki, 5 milyon nəfər əhalisi olan Yeni Zelandiyada 1 martdan etibarən fövqəladə vəziyyət elan edilmiş, 27 apreldə isə koronavirusa qalib gəldindiyi açıqlanmışdı.

Bu günə Yeni Zelandiyada qədər ümumilikdə 1569 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 22 nəfər vəfat edib, 1524-ü sağalıb. Hazırda 23 aktiv xəstə var ki, onların da hamısı digər ölkələrdən gəlib. (baku.ws)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR