İyulda həlak olan erməni hərbi qulluqçuları üzə çıxmağa başlayıb

İyulda həlak olan erməni hərbi qulluqçuları üzə çıxmağa başlayıb
İyul ayında Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş erməni təxribatının nəticələri yavaş-yavaş üzə çıxmaqdadır.

Belə ki, 1 avqust tarixində Ermənistanın Qeqarkunis vilayətində baş vermiş yol qəzası nəticəsində bir nəfər ölüb, digər isə "Çəmbərək” Tibb Mərkəzinə aparılıb.
Sfera.az-ın məlumatına görə, Ermənistanda fəaliyyət göstərən  Shamshyan.com saytı məlumat yayıb ki, Göyçə-Tsovagüh-Şorja yolunun 47-ci kilometrində saat 14:00 radələrində baş vermiş yol qəzasında "BMW” markalı avtomobil hərəkət zolağından çıxaraq dərəyə düşüb.

Yol-nəqliyyat qəzasında ölən şəxs 38 yaşlı Ermənistan SQ-nin hərbi hissələrindən birinin komandiri idi. Ölənin 1982-ci il təvəllüdlü polkovnik-leytenant Aram Qarnikoviç Qazaryanın olması ehtimal edilir.

Sükan arxasında isə 46 yaşlı K. adlı kişinin olduğu deyilir.

Görünən odur ki, Ermənistan tərəfi öz cinayətkar təxribatları nəticəsində həlak olan hərbi qulluqçularını artıq üzə çıxarmağa başlayıb.

Xatırladaq ki, Ermənistan rəsmiləri iyul ayının 12-dən 17-dək davam edən silahlı toqquşmada cəmi dörd hərbi qulluqçusunun itirildiyini bəyan etmişdi.

OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...