Kanadada şəhər mərkəzində Azərbaycan bayrağı ucaldılıb

Kanadada şəhər mərkəzində Azərbaycan bayrağı ucaldılıb
 Kanadanın Kalqari şəhərində azərbaycanlı icma üzvlərinin müstəqil Azərbaycan dövlətinə və ordumuza dəstək məqsədilə yürüş-mitinqi təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə baş tutan aksiya Kalqari şəhər bələdiyyəsinin inzibati binası önündə üçrəngli dövlət bayrağımızin ucaldılması ilə başlayıb.

Bayrağın 24 saat ərzində dalğalanması üçün öncədən meriyadan müvafiq icazə alınıb.

Günün ikinci yarısında isə "Olimpik Plaza" binasının qarşısından Azərbaycanın dövlət bayrağının ucaldığı meydana doğru yürüş edilib. Pandemiya ilə bağlı karantin qaydalarına uyğun olaraq, yürüşə 60 nəfər həmvətənimiz qatılıb. Yürüş-mitinq zamanı Azərbaycan, Türkiyə və Kanadanın dövlət bayraqları dalğalanıb, Ermənistanın hərbi təxribatları zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin, müxtəlif şüarların və məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib. Aksiya zamanı Azərbaycanın dövlət himni ifa edilib, "Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!”, "Yaşasın Azərbaycan!”, Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirilib.

Tədbir Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başa çatıb. Karantin qaydalarına uyğun olaraq, gün ərzində soydaşlarımız meriyanın qarşısına gəlib, Azərbaycanın dövlət bayrağının fonunda şəkillər çəkdirməklə Vətənimizlə həmrəyliklərini ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...