Brüssel otelləri 71% endirim təklif edir
Boşalmış Brüssel mehmanxanaları 71% endirim təklif edirlər.
Oxu.Az "EU Observer”-a istinadən xəbər verir ki, otellər bu addımı atmağa məcbur qalıblar. Belə ki, şəhərdə baş verən terror aktlarından sonra turistlər öz səfərlərindən imtina edirlər.
Brüsselin Otelyerlər Assosiasiyası mehmanxanaların dolmasını 20% səviyyəsində dəyərləndirirlər.
Otellərdən birinin menecerinin sözlərinə görə, bronların ləğv edilməsi çoxsaylıdır, yeni bron isə demək olar ki, yoxdur.
Daha öncə Brüssel aeroportunun martın 31-də xidmət göstərməyəcəyi barədə məlumat yayılmışdı.
Martın 22-də Brüsseldə üç partlayış baş verib – ikisi aeroportda, biri isə metroda. Qeyri-rəsmi məlumata görə, partlayışlar zamanı paytaxtda 32 nəfər həlak olub. Səhiyyə Nazirliyinin məlumatına görə, daha 300 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.