Rusiyada koronavirus vaksininin payızda istehsalı gözlənilir
Kateqoriya məlum deyil
Rusiyada koronavirus vaksininin bu ilin payızında istehsal olunacağı gözlənilir.
Sfera.az xəbər verir ki, bunu ölkənin Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Aleksandr Gintsburq deyib.
Hazırda Rusiyada vaksinin sınaqları keçirilir. İyunun 18-dən etibarən könüllülərin peyvəndləşməsi başlayıb.
Peyvənddən sonra könüllülərdə hər hansı bir əks təsir müşahidə olunmayıb. (unikal.org)






