Rusiya Türkiyəni yeni qadağalarla hədələdi

Rusiya Türkiyəni yeni qadağalarla hədələdi
Rusiya Türkiyə meyvə və tərəvəzlərinin idxalına əlavə qadağalar tətbiq edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg” agentliyinə verdiyi müsahibəsində Rusiyanın kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidmətinin ("Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert bəyan edib.
Yüksəkvəzifəli məmurun sözlərinə görə, türk hakimiyyəti ilə danışıqlar nəticəsiz olduğu halda, yeni qadağalar tətbiq edilə bilər.
O qeyd edib ki, idxalın məhdudiyyəti haqqında qərar bir ay müddətində qəbul edilə bilər.
Xatırladaq ki, Rusiyanın "Su-24” bombardmançısının Suriya səmasında Türkiyə HHQ tərəfindən vurulmasından sonra Moskva Ankaraya qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Rusiya yanvarın 1-dən etibarən Türkiyədən bir sıra bitkiçilik məhsullarının ölkəyə tədarükünə qadağa qoyub.  
"Rosselxoznadzor” Türkiyə tərəfini bu ölkədən bir sıra bitkiçilik məhsullarının ölkəyə tədarükünə dair vəziyyətin müzakirəsi üçün Moskvaya dəvət edib.
Daha öncə Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçevin bildirdiyi kimi, Rusiya Türkiyə ərzaqlarını digər ölkələrdən gətirilən məhsullarla əvəz edə bilər. Belə ki, Türkiyə meyvə və tərəvəzinin əvəzinə, kənd təsərrüfatı malları Azərbaycan, İran, Özbəkistan, Mərakeş və CAR-dan idxal edilə bilər.

OXŞAR XƏBƏRLƏR

İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə

Yay aylarında havaların həddindən artıq istiləşməsi insan orqanizminə ciddi təsir göstərir. Həkimlər bildirirlər ki, belə havalarda düzgün qidalanma sağlamlığı ...

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...