Logo

İranda daha 75 nəfər koronavirusdan öldü

İranda daha 75 nəfər koronavirusdan öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 İranda koronavirusa yoluxanların sayı yenə artıb.

Sfera.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2 269 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 169 425-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 75 nəfər artaraq 8 209 nəfərə yüksəlib.

O həmçinin 2 578 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 132 038 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. (report.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR