Logo

Bu peşə sahiblərinin maaşı artacaq - SİYAHI

Bu peşə sahiblərinin maaşı artacaq - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Rusiyanın Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri koronavirus pandemiyasından sonra maaşlarında artım gözlənilən peşə sahiblərinin siyahısını tərtib ediblər.

Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, siyahıda adları qeyd olunan peşə sahibləri maaşlarının yüksəlməsinə ümid edə bilərlər:

Sosial media marketinqi (SMM) və PR (ictimaiyyətlə əlaqələr) üzrə mütəxəssislər;

Prodüserlər, menecment üzrə mütəxəssislər;

İT (informasiya texnologiyaları) mütəxəssisləri, internet-marketoloqlar;

Böhran əleyhinə idarəedicilər;

Maliyyə məsləhətçiləri;

Logistika menecerləri;

Vaxtın idarə edilməsi üzrə mütəxəssislər ("Time management”);

Həkimlər, psixoloqlar və psixoterapevtlər;

Onlayn dərs deyən müəllimlər və tərbiyəçilər;

Virtual bələdçilər;

Kənd təsərrüfatı işçiləri, aqronomlar, baytarlar.

(oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR