KİV: Səudiyyə Ərəbistanı neftdən imtina edir
Dünya
15:39 / 18.03.2016
2456
Səudiyyə Ərəbistanı əsas gəlir mənbəyi kimi neftdən imtina etmək və bərpa olunan, əsasən də günəş enerjisinə diqqət yönəltməyi planlaşdırır.
Oxu.Az Bloombergə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi bəyan edib.
Məmur neftdən imtinanın krallıqda günəş işığının zənginliyi, istifadəsiz ərazilərin çox olması, eləcə də qumun bolluğu ilə izah edib.
"Mən enerjinin bərpası üçün Səudiyyə Ərəbistanından daha ideal bir ölkənin olduğunu düşünmürəm. Bizdə günəş elektrik stansiyalarını inşaası üçün lazım olan hər şey var”, - nazir qeyd edib.
Amma əl-Nəimi yaxın 50 ildə ölkələrin neftdən tamamən imtina edə biləcəyinə inanmır.
"Yaxın 50 ildə bəşəriyyət yanacaqdan imtina etməyəcək, bu isə yeri gəlmişkən, elə də pis deyil”, - əl-Nəimi bəyan edib.
Xatırladaq ki, Beynlxalq Enerji Agentliyi (BEA) "qara qızılın” qiymətinin ucuzlaşmasının davam edəcəyini gözləyir və hesab edir ki, qeyri-neft bazarı 2016-cı ildə təkliflə zəngin olacaq.
Dünyanın ən iri investisiya banklarından biri "Goldman Sachs” öz növbəsində neftin qiymətinin bir barel üçün 20 dollardan ucuz olacağını istisna etmir. İnvestisiya bankının rəhbəri Ceffi Karrinin fikrincə, belə ucuzlaşmanın daha yüksək qiymət fonunda təklif və tələbat arasında tarazlıq yaradılmadığı halda, mümkün olduğunu bildirib.