Logo

Ruhani: “Elə bil ki, ABŞ Dövlət katibi siyasətin əlifbasını bilmir”

Ruhani: “Elə bil ki, ABŞ Dövlət katibi siyasətin əlifbasını bilmir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran Prezidenti Həsən Ruhani Ağ Evi tənqid edib.

APA-nın Tehran bürosunun məlumatına görə, H. Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, hazırda ABŞ-da ən pis hökumət iş başındadır.

"Ağ Evin bu qədər rəhimsiz, bu qədər gücsüz olduğunu xatırlamıram. Bir ABŞ Dövlət katibinə baxın, elə bil siyasətin əlifbasını bilmir”, - deyə İran Prezidenti vurğulayıb.

H. Ruhani İranın tibb işçilərinə təşəkkür edib. O qeyd edib ki, İran hazırda tarixin ən ağır dövrünü yaşayır: "Lakin xalqımız mətanətli halda öz sakit həyatını yaşayır. Bu sakit yaşayış çox önəmlidir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR