Türkiyədə döyüş vəziyyəti elan edildi

Türkiyədə döyüş vəziyyəti elan edildi

Türkiyənin Adana vilayətində yerləşən "İncirlik" hərbi aviasiya bazasında maksimum səviyyədə döyüş hazırlığı vəziyyəti elan edilib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, hərbi bazada indiyə qədər ikinci səviyyəli "Charlie" döyüşə hazırlıq vəziyyəti tətbiq edilsə də artıq ilk səviyyəli "Delta" vəziyyəti elan edilib. "Delta" elan edilməsindən sonra hərbi bazada təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb. 

Ötən həftə sonu bazanın minə yaxın türk işçisi evə buraxılsa da onlar daha sonra işə çağırılıblar. Bunun təlim olduğu hesab edilsə də daha sonra baza rəhbərliyinin daxil olan bir xəbərdarlıq əsasında təhlükəsilik tədbirlərini gücləndirdiyi məlum olub.

Bazanın piyada girişlər üçün nəzərdə tutulan yeganə qapısında nəzarət və təhlükəsizlik həm yerli, həm də Amerika Birləşmiş Ştatları (ABŞ) heyəti tərəfindən təmin edilir. Bazanın şəxsi heyətini daşıyan xidməti avtobus isə hər dəfə giriş-çıxış üçün fərqli qapılardan istifadə edir.   

"İncirlik" hərbi bazası 1954-cü ildə Türkiyə Silahlı Qüvvələrinin (TSK) və ABŞ Hərbi Aviasiyasının müştərək istifadəsi üçün istifadəyə verilib. Avropada taktiki nüvə silahlarına sahib olan 6 NATO bazasından biridir.

BMT qərarı ilə İŞİD-lə mçübarizə çərçivəsində yaradılan ABŞ rəhbərliyindəki hərbi koalisiyanın üzvü olan daha 5 ölkə də ötən ilin iyul ayından "İncirlik" hərbi bazasından istifadə edir.


OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...