Rusiyada Putinin təhqir olunması cinayət sayılacaq

Rusiyada Putinin təhqir olunması cinayət sayılacaq

Rusiya Dövlət Duması "Rusiya prezidentinin şərəf və ləyaqəti haqqında” qanun layihəsi hazırlayır.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, indi Rusiya liderinin təhqir edilməsinə görə vətəndaşlar cinayət məsuliyyətinə cəlb edilə və üç ildən altı ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Təşəbbüsün müəllifi deputat Roman Xudyakov 1990-cı ilin "Rusiya prezidentinin şərəf və ləyaqəti haqqında” qanuna əsaslanıb.

Qanun layihəsinin irəli sürülməsinə səbəb birbaşa Vladimir Putinə ünvanlanmış təhqirlərin olduğu videoçarxlardır. Deputatın bu videçarxları YouTube-dən aşkarladığını "İzvestiya” yazıb.

Xudyakov bu çarxların dərc edilməsi üçün cinayət işinin açılması tələbi ilə Baş prokurorluğa və Rusiyanın İstintaq Komitəsinə müraciət edib. Qanunverici əmindir ki, bu kontent Rusiya CM "Hakimiyyət nümayəndəsinin təhqir edilməsi”nə dair 319-cu maddəsinə düşür.

Hazırkı qanunvericiliyə görə, istənilən məmurun təhqir edilməsi Rusiya CM 319 maddəsinə düşür. Burada isə bir ilə qədər islah işləri nəzərdə tutulur. Xudyakov məhz dövlət başçısına ünvanlanan təhqirə görə daha sərt cəza tətbiq etmək təklifi verib.

Şərəf və ləyaqətin qorunmasına dair SSRİ köhnə qanununa görə, "prezidentin şərəf və ləyaqətinə xələl gətirilməsinə görə” üç ildən, KİV istifadə etdikdə isə altı ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...