Gürcüstan prezidenti ölkədə fövqəladə vəziyyəti uzatdı
Kateqoriya məlum deyil
Gürcüstan prezidenti Salome Zurabşvili ölkədə fövqəladə vəziyyətin müddətinin mayın 22-dək uzadılması ilə bağlı sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncamla ölkə ərazisində əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmayıb.
Dövlət başçısı videomüraciətində hər kəsə vətəndaş məsuliyyətinə görə minnətdarlığını bildirib.
S.Zurabişvili ölkədəki vəziyyətin mayın 26-dək yaxşılaşacağına ümidvar olduğunu qeyd edib. (baku.ws)






