Moskva Çernobıl bölgəsindəki yanğınlarla əlaqədar Kiyevə kömək etməyə hazırdır

Moskva Çernobıl bölgəsindəki yanğınlarla əlaqədar Kiyevə kömək etməyə hazırdır

"Rusiya Çernobıl bölgəsindəki yanğınlarla əlaqədar Ukraynaya kömək etməyə hazırdır, lakin bu günə qədər heç bir müraciət daxil olmayıb”.


Sfera.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Biz meşə yanğınları ilə əlaqədar vəziyyəti izləyirik. Mən bu gün artıq bu mövzuya toxunmuşam. Söhbət Çernobıl bölgəsindən gedir. Hazırda Ukrayna tərəfindən hər hansı bir yardımla bağlı heç bir müraciət almamışıq. Ukraynalı həmkarlarımız müvafiq müraciət göndərsələr, həmin müraciəti ənənəvi diplomatik təcrübəyə uyğun olaraq nəzərdən keçirməyə hazırıq ",- deyə, Zaxarova cümə günü keçirilən brifinq zamanı bildirib.

Qeyd edək ki, ukraynalı xilasedicilər aprelin 4-də Çernobıl AES-nın təcrid zonasında baş verən yanğını 10 gün ərzində söndürə bilmirdilər. Çərşənbə axşamı, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Nikolay Çeçetkin ölkə prezidenti Vladimir Zelenskiyə verdiyi hesabatda Çernobıl Atom Elektrik Stansiyasının təcrid zonasındakı yanğının aradan qaldırıldığını, çürümüş ot örtüklərinin söndürülməsinin isə daha bir neçə gün çəkəcəyini bildirib.

Xatırladaq ki, 1986-cı ilin 26 aprelində Çernobıl AES-də tarixin ən böyük texnogen qəzası baş verib. Stansiyanın 4 saylı reaktorunda partlayış olub. Qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan ölüb. İllər ötdükcə bu rəqəm 100 mini keçib. Hazırda Çernobıl ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Qəza zonasında insan qismən təhlükəsiz halda bir də ancaq 300 ildən sonra, tam təhlükəsiz halda isə 50 min ildən sonra yaşaya biləcək.

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR