SOCAR İran və Rusiyadan qaz alır

SOCAR İran və Rusiyadan qaz alır
SOCAR 3 mlrd. kubmetr həcmində qaz almaq niyyətindədir.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
"Bilirsiniz ki, SOCAR-a qaz hasilatı zamanı laylara vurmaq üçün qaz lazımdır. Laylara nə qədər çox qaz vursaq, bir o qədər neft hasilatını stabil saxlamaq olur. 
Bundan başqa, qaz anbarlarımızın imkanları böyükdür və biz ora əlavə həcmdə qaz vurmağı planlaşdırırıq. 
Bilirsiniz ki, bizim anbarlarımız 5 milyard kubmetr həcmində qazı saxlamaq iqtidarındadır. Biz 3 milyard kubmetr qaz almaq niyyətindəyik. 
SOCAR "Qazprom” şirkətinə təkliflərini verib. Bundan başqa, SOCAR İran tərəfi ilə müzakirələr aparır. Söhbət svop əməliyyatından gedir. Bilirsiniz ki, yay aylarında İranda böyük həcmdə qazdan istifadə olunmur. İstehlakın pik həddi qışdadır. 
Biz SOCAR-ın qaz anbarlarına İran qazının vurulması ilə bağlı danışıqlar aparırıq. Qış aylarında isə biz onların şimal regionlarını qazla təmin edəcəyik. Müxtəlif variantlar üzərində işləyirik”, - deyə R. Abdullayev qeyd edib.

OXŞAR XƏBƏRLƏR

İrana qarşı növbəti hücumun vaxtı açıqlandı

İsrail indi İrana qarşı növbəti hərbi kampaniyaya hazırlaşmalıdır.     Sfera.az xəbər verir ki, bu sözləri İsrail parlamentində “İ...

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...