Logo

Terror bu dəfə Ərdoğana mane ola bilməyəcək

Terror bu dəfə Ərdoğana mane ola bilməyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Paytaxt Ankara şəhərində terror törədilməsinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana martın 15-nə nəzərdə tutulan səfəri gündəlikdə qalır.

Sfera.az bildirir ki, bu barədə report-un sorğusuna cavab olaraq Türkiyənin Azərbaycandakı səfirliyindən deyilib.

Qeyd edək ki, dünən Ankaranın "Kızılay" meydanında törədilən terror hadisəsi zamanı 34 nəfər həlak olub, 125 nəfər yaralanıb.

R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycana fevralın 17-də gəlməli idi. Lakin həmin vaxt da Ankarada terror hadisəsi törədilmiş, nəticədə səfər təxirə salınmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR