Moskva-İstanbul reysində BOMBA HƏYƏCANI

Moskva-İstanbul reysində BOMBA HƏYƏCANI
Rusiyanın Domodedovo Hava Limanından yola düşən Moskva-İstanbul reysi həyata keçirən təyyarədə bomba həyəcanı yaşanıb.  


Anspress bildirir ki, təyyarədəki sərinişinlərdən biri həyat yoldaşına zəng vurararq, özü ilə bomba götürdüyünü söyləyib. Bir qədər sonra isə həmin şəxs bomba sözünü eşidən sərnişinlərin tələbi ilə təyyarədən endirilib. Təyyarədən endirilən şəxsin xanımı İrina Draqunova ərinin bomba deyərkən tənəffüs cihazını nəzərdə tutduğunu bildirib.


"Ərim mənə astma xəstələri üçün vacib olan tənəffüs cihazından bəhs edərək bombanı nəzarətdən keçirdiyini söylədi. O, asma xəstəsidir və İstanbuldan keçərək Misirə getmək istəyirdi. Ərim ikinci dəfə zəng vuranda artıq polis məntəqəsində idi" - deyə xanım Draqunova bildirib. Digər sərnişinlər bomba zarafatını ciddiyə alaraq məsələ ilə bağlı stüardessalara müraciət ediblər.


Vladislav Draqunov polislərə məsələ ilə bağlı məlumat verdikdən və xanımının ifadəsindən sonra azadlığa buraxılıb. Daha sonra bir neçə saat gecikmə ilə başqa bir reysə bilet alan Vladislav uçuşunu həyata keçirib.


Yanvar ayında da Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb. Hyuston -İstanbul marşrutu ilə hərəkət edən Boeing 777 təyyarəsi İrlandiyanın Şanon hava limanında təcili eniş edib. 


Təyyarənin uçuşu dayandırmasına səbəb hava gəmisində bomba olması şübhələri ilə bağlı olub. İlkin məlumata görə, təyyarədə partlayıcının olması ilə bağlı ismarış hava laynerinin göyərtəsində tapılıb. Lakin ciddi hal yaşanmayıb və bir neçə saatlıq gecikmədən sonra təyyarə uçuşunu davam etdirib.

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...