Baş epidemioloq: "Rusiyada koronavirusa yoluxma halı pik həddə yaxınlaşır"

Baş epidemioloq: "Rusiyada koronavirusa yoluxma halı pik həddə yaxınlaşır"
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada koronavirusa yoluxma halı pik həddə yaxınlaşır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Briko bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda COVİD-19 virusuna yoluxanların sayı arta bilər: "Rəqəmlər bir neçə gün artacaq. Bundan sonra azalmağa doğru gedəcək. Bu, hökumətin gördüyü sərt tədbirlərin sayəsində mümkün olacaq”.

Baş epidemioloq koronavirusun xüsusilə ilin soyuq fəslində aktiv olduğunu, aprel-may aylarında zəiflədiyini da vurğulayıb.

Qeyd edək ki, bu günə olan məlumata əsasən Rusiyada 2337 koronavirusa yoluxmuş xəstə var. İndiyə kimi bu virusdan 17 nəfərin öldüyü, 121 nəfərin isə sağaldığı bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR